Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin iki helikopteri dərhal yanğının söndürülməsi işlərinə cəlb edilib.
Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğının sıx meşəlik sahəyə keçməsinin qarşısı alınıb, yanğın söndürülüb.
Qafqaz Müsəlmanları İdarəsi və Türk Akademiyası əməkdaşlıq perspektivlərini qiymətləndirib
Azərbaycan Ombudsmanının nümayəndə heyəti Türkiyədə insan hüquqları üzrə təcrübə mübadiləsində iştirak edib