Sumqayıt şəhərinin Corat qəsəbəsində yeni GPON optik layihəsinin icrasına başlanılıb.
“İki sahil” xəbər verir ki, Sumqayıt Telekomminikasiya Qovşağının rəisi Nəriman Salmanov AZƏRTAC-a bildirib ki, layihə çərçivəsində şəhərin Corat qəsəbəsində fiber optik internet şəbəkəsi qurulur. Yaxın zamanda əhalinin istifadəsinə veriləcək fiber optik internet şəbəkəsi abunəçiləri keyfiyyətli internetlə təmin edəcək. Evində telefonu olan abunəçi xəttə pulsuz qoşulacaq, telefonu olmayan isə 80 AZN rüsum ödəyərək evinə optik xətt çəkə biləcək. Həmin xətt üzərindən abunəçi telefon və kəsintisiz internet xidmətlərindən yararlanacaq. Abunəçi modemlə təmin ediləcək.
N.Salmanov hazırda qəsəbədə 2700 telefon istifadəçisi olduğunu qeyd edərək, layihənin icrası ilə onların sayının 6 minə çatacağını deyib. Həmçinin bildirib ki, Qovşaq Sumqayıtda 61 min telefon istifadəçisinə xidmət göstərir, ümumi şəhər abunəçilərin 75 faizi müxtəlif provayderlər hesabına internetə qoşula bilir.