“Avroviziya”nın finalı zamanı Niderlandda yüzlərlə insan vaxtında göndərilməsinə baxmayaraq səslərinin sayılmaması barədə sosial mediada şikayətləniblər.
“İki sahil” xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) SMS səsverməsi zamanı ölkədə böyük problemlər yarandığını açıqlayıb.
EBU problemin telekom şirkətlərinin birindən qaynaqlandığını qeyd edib:
“Niderlandda telekom şirkətlərinin birində səslərin şəbəkə tərəfindən vaxtında işlənib ötürülməsinin qarşısını alan bir problem olduğunu aşkarladıq. Bunun səbəb olduğu narahatlığa görə üzr istəyirik, lakin bu, EBU-nun nəzarətindən kənar idi”.