23 may 2021 02:58
1553

“Avroviziya-2021” başa çatdı

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsi başa çatıb.

“İki sahil” xəbər verir ki, “Mata Hari” mahnısı ilə təmsil edən Samirə Əfəndinin 65 səslə 20-ci yeri tutduğu yarışmada 524 xal toplayan İtaliya təmsilçisi - “Maneskin” qrupu birinci yerə çıxıb.

Xatırladaq ki, finalda Kipr, Albaniya, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marinodan olan ifaçılar çıxış ediblər.

Müsabiqənin yarımfinalları mayın 18-də və 20-də yekunlaşıb.