"Tahir Salahovun vəfatı iki ölkənin incəsənəti və mədəniyyəti üçün böyük itkidir. O, bizim xalqlarımızı, dövlətlərimizi və mədəniyyət ənənəmizin geniş miqyaslı şəxsiyyət və yaradıcılıq adamı idi. Məsələ təkcə onun əsərlərində deyil, Tahir müəllimin dünyanı necə görməsindədir. Dünya onun üçün rəngarəng, müxtəlif, parlaq, heyrətamiz insanlarla və insan varlığının gözəllikləri ilə doludur”.
"İki sahil" xəbər verir ki, bu sözləri “Report”a SSRİ və Rusiya sənətşünası, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
Şvıdkoy vurğulayıb ki, belə insanların gedişi həmişə vaxtsız və gözlənilməz olub.
"O zahirən sakit, çox dözümlü və nəzakətli insan idi. Onda hansısa Şərq alicənablığı vardı. Buna baxmayaraq, müasir sənət hərəkatını, müasir düşüncə hərəkatını son dərəcə həvəslə hiss etdi", - o deyib.
Sənətşünas Tahir Salahovun yüksək peşəkarlığını xüsusi qeyd edib: "Nə vaxt ki, Abşeron ətrafında yaşayırsan, dünyanı başqa cür hiss edirsən. Səmanın başqa səviyyəsi, başqa rənglər, həyatın başqa ritmi. Tahir bütün bunları tamamilə heyranedici şəkildə ötürürdü. O, iki xalqın böyük oğlu idi”.
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?