Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda iştirak edir.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb.
Dövlətimizin başçısı konfransda çıxış edib.
Tədbir müzakirələr, şərhlər və sual-cavabla davam edir.
Çıxışı Prezident İlham Əliyevin "facebook" səhifəsində (https://www.facebook.com/PresidentIlhamAliyev) və "youtube" kanalında (https://www.youtube.com/presidentaz) canlı izləyə bilərsiniz.
Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib - Mazen Torki Saud Əl-Qadi
Prezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib