21 iyun 2026 12:17
95

Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib - Mazen Torki Saud Əl-Qadi

İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində bu gün Azərbaycanın gözəl və təhlükəsiz ölkəyə çevrilib.

“İki sahil” xəbər verir ki, bu barədə İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

O, həmçinin vurğulayıb ki, Azərbaycanda mövcud olan sıx xalq-iqtidar birliyi dövlətimizin başçısının həyata keçirdiyi siyasət sayəsində ölkədə ictimai ədalətin təmin edilməsindən xəbər verir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi münasibətilə bir daha təbriklərini çatdıran qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını vurğulayıb.

Mazen Torki Saud Əl-Qadi, həmçinin Bakı şəhərinin gözəlliyinin və təmizliyinin onda zəngin təəssürat yaratdığını qeyd edib.