07 aprel 2021 11:35
1129

Hacı Şahin: Bu Ramazanda da kütləvi iftar mərasimləri keçirilməyəcək - VİDEO

Ramazan ayı boyunca kütləvi mərasimlərin keçirilməsi məqsədə uyğun deyil.

"İki sahil" xəbər verir ki, bunu trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Hacı Şahin Həsənli qeyd edib ki, iftar mərasimləri kütləvi şəkildə qeyd olunmayacaq: "İnsanlar ictima-iaşə obyektlərində, restoranlarda tətbiq edilmiş karantin qaydaları çərçivəsində iftar süfrələri təşkil edə bilərlər. Bu zaman insanlar masa arxasında məsafə saxlamaqla, sanitar-epidemioloji qaydalara uyğun olaraq əyləşməlidirlər, kütləvi toplaşmaq məqsədəuyğun deyil. Xərclənən vəsaitləri yardım aksiyalarına yönəldə bilərlər”.