06 aprel 2021 10:43
891

Yerevanda Ticarət Mərkəzində yanğın olub VİDEO

Yerevanın “Surmalu” (“Sürməli”) Ticarət Mərkəzində yanğın olub.

“İki sahil” xəbər verir ki, məlumatı “Shamshyan” saytı yayıb.

Hadisə nəticəsində təsərrüfat malları və uşaq oyuncaqları satılan pavilyon tamamilə yanıb. 2 min kv. metrlik sahəni əhatə edən yanğının söndürülməsinə 14 yanğınsöndürən maşın cəlb edilib.

Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan və xilasetmə xidmətinin direktoru Armen Qasparyan hadisə yerinə gedərək yanğının söndürülməsini izləyiblər. Əməliyyat nəticəsində bir neçə yanğınsöndürən xəsarət alıb.

Yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, “Surmalu” Yerevanın ən böyük ticarət mərkəzi sayılır.