07 mart 2021 08:29
948

AZTV-də yeni layihə

Azərbaycan Televiziyasında daha bir yeni layihəyə start verilib. Azərbaycan Televiziyası və “ASAN xidmət”in birgə ərsəyə gətirdiyi bu layihə “Asan həyat” adlanır. Verilişin aparıcısı “ASAN FM”in rəhbəri, tanınmış teleaparıcı Emin Musəvidir.

"İki sahil" xəbər verir ki, layihənin ərsəyə gətirilməsində məqsəd “ASAN xidmət”in nəzdində fəaliyyət göstərən mərkəzlər və qurumların işi barədə tamaşaçılara geniş məlumat verməkdir.

Verilişdə, həmçinin “YAŞAT” Fonduna ianələrlə bağlı suallara aydınlıq gətiriləcək, neçə ailəyə dəstək göstərildiyi ilə bağlı məlumatlar açıqlanacaq. Gələcəkdə isə diqqət müxtəlif xidmətlərə və ən çox verilən suallara ayrılacaq.

Hər ay iki yeni verilişin yayımı nəzərdə tutulur.