16 dekabr 2025 21:33
116

Qəzada ölənlərin sayı artıb

Balakənin rayonun Talalar kəndi ərazisində dekabrın 15-də baş verən avtomobil qəzasında xəsarət alanlardan daha bir nəfər ölüb.

“İki sahil” xəbər verir ki, ağır qəzada yaralanan rayonun Yeni Şərif kənd sakini 31 yaşı Şamil Saxalov həkimlərin səyinə baxmayaraq, Balakən Rayon Mərkəzi Xəstəxanasında keçinib.

Qeyd edək ki, "VAZ-2106" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2106"nın sürücüsü - 30 yaşlı Əyyub Anqbazov aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü - 22 yaşlı Rufan Bayramov və "VAZ-2106"da olan sərnişin, 31 yaşlı Şamil Saxalov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.