Azərbaycanda artezian quyularının elektrik enerjisi ilə bağlı xərcləri yüksək olduğu üçün heç kim ona sahib çıxmaq istəmir.
“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında - sözügedən qanunun müzakirəsində bildirib.
Onun sözlərinə görə, xərclərin azaldılması məsələsi vətəndaş qəbullarında daima qaldırılır: "Odur ki, Artıq Subsidiya Şurasının qərarı ilə gələn ildən kənd təsərrüfatı təyinatlı obyektlərdə, xüsusilə də su təyinatlı artezian quyularında günəş panellərinin quraşdırılmasına 50 % dövlət güzəşti veriləcək. Bizim təklifimiz ondan ibarətdir ki, günəş panelləri həmin artezian quyularında quraşdırılsın. Bu halda xərclərin 50 %-ni dövlət - Kənd Təsərrüfatı Nazirliyi ödəyəcək və elektrik enerjisi xərcləri əhəmiyyətli dərəcədə aşağı düşəcək. Bundan sonra vəziyyət əksinə dəyişəcək və insanlar deyəcəklər ki, "artezian quyusu mənimdir". Yəqin ki, onlar həmin quyulara sahib çıxmağa çalışacaqlar".
Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib