03 mart 2021 17:01
1325

Ermənistan parlamentində snayperlər: yerə işiqlı-səsli qumbaralar yerləşdirilib

Ermənistan parlamentinin eyvanlarına snayperlər yerləşdirilib.

“İki sahil” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, snayperlərin görüntüləri yayılıb.

Bundan əlavə parlamentinin qarşısında yerə işiqlı-səsli qumbaralar yerləşdirilib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan hazırda binada parlamentin iclasında, müxalifət isə binanın qarşısında etiraz aksiyasındadır.