Yaponiyalı milyarder Yusaku Maedzava İlon Maskın "SpaceX" şirkətinin "Starship" raketində aya uçmaq fikrindədir. Bu uçuş 2023-cü ilə planlaşdırılır.Lakin milyarder həmin hadisəyə indidən hazırlaşmağa qərar verib. Bunun üçün o, onun ilə aya uçmaq istəyən 8 nəfərin axtaraşına çıxıb.
Bu xəbəri Yusaku öz,"Twitter" səhifəsində paylaşıb.
Onun sözlərinə görə, gələcək namizədlərdən yalnız iki tələbi olacaq. Bu insanlar işlərində qabaqcıl mütəxəssislər olmalı, başqa insanlara, cəmiyyətə kömək etməli və ən əsası bu istəkləri bölüşən digər heyət üzvlərini dəstəkləməyə hazır olmalıdırlar.
Qeyd edək ki, 13 yanvar 2021-ci ildə Yusaku özü ilə aya birgə uçmaq üçün həyat yoldaşı axtarırdı, lakin nədənsə 30 yanvar tarixində artıq bu fikrindən daşındı.
Samirə Tağıyeva, "İki sahil"