03 mart 2021 09:45
423

5-ci mərtəbədən yıxılan 5 tələbə öldü, 3-ü yaralı

Boliviyadakı bir universitetdə baş verən dava zamanı dəmir barmaqlıqların qırılması nəticəsində 5 tələbə dünyasını dəyişib, 3-ü yaralanıb.

“İki sahil” xəbər verir ki, hadisə El Alto Dövlət Universitetində (UPEA) baş verib.

Yerli medianın məlumatına görə, universitetdəki tələbə şurası iclasından sonra əksfikirli tələbələr arasında münaqişə baş verib.

Universitetin 5-ci mərtəbəsində başlayan dava zamanı çox sayda tələbə dəmir barmaqlıqlar qırıldıqdan sonra 5-ci mərtəbəyə yıxılıb. Yıxılan 5 tələbə ölüb, 3 tələbə yaralanıb.