İspaniyanın Sevilya şəhərində," Giralda"nın mərkəzi barlarının birində maraqlı bir hadisə baş verib. Burada aparılan təmir işləri zamanı , ərazidə işləyən insanlar gözlənilməz bir tapıntı ilə qarşılaşıblar. BBC-nin yaydığı məlumatlara görə, barın altında aşkar olan qədim tikili XII əsrə aid olan hamam olub.
Deyilənlərə görə,işçilər suvaqları divarlardan sökdükdən sonra ulduz şəklində işıqlı bir lyuk, daha sonra isə təxminən 90 kiçik dəlik aşkar etmişdilər. Qeyd edək ki, bunların hamısı aşkar olunan hamamın tavanında yerləşirdi.
Hal-hazırda arxeoloqlar qədim binanın dəqiq tarixini müəyyən etməyə çalışırlar.Xatırladaq ki, XIII əsrə qədər Seviliya şəhəri İspaniyanın Almohad sülaləsinin paytaxtı olub.
2020-ci ilin yanvarında Mexiko şəhərindədə oxşar bir hadisə baş vermişdi. Orada arxeoloqlar tərəfindən XIV əsrə aid hinduların hamamı aşkar olunmuşdu.
Samirə Tağlyeva, "İki sahil"