ABŞ administrasiyası Çini Yaxın Şərqdəki münaqişəni həll etmək və Fars körfəzində vəziyyəti sabitləşdirmək üçün İrana təsir göstərməyə inandıracağına ümid edir.
“İki sahil” xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bunu "Fox News" telekanalına müsahibəsində bildirib.
"Bunu həll etmək onların marağındadır. Biz onları İranı hazırda Fars körfəzində etdikləri və etməyə çalışdıqları işlərdən əl çəkməyə məcbur etməkdə daha fəal rol oynamağa inandırmağa ümid bəsləyirik", - o deyib.
M.Rubionun sözlərinə görə, Çin gəmiləri hazırda "Fars körfəzində ilişib qalıb".
Dövlət katibi həmçinin qeyd edib ki, Yaxın Şərqdəki münaqişə regiondan enerji təchizatından asılı olan Asiya üçün qeyri-sabitlik riski daşıyır.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir