25 fevral 2021 14:29
1243

Paşinyan tərəfdarlarının qarşısına çıxdı CANLI

Ermənistan baş naziri Nikol Paşinyan Respublika Meydanında tərəfdarlarının qarşısına çıxıb.

“İki sahil” erməni mediasına istinadla xəbər verir ki, Paşinyan deyib ki, hər zaman toqquşma təhlükəsi var: “Ancaq biz hamımız razılaşmalıyıq ki, bu, Ermənistanda baş verməin. Ən əsası hamımız sakitik. Ölkə daxilində düşmənimiz yoxdur. Bu, ən vacib həqiqətdir. Ancaq müzakirə edilməsi vacib olan çox suallar var”. “Ermənistan Silahlı Qüvvələri indi kimə tabedir” sualına Paşinyanın cavabı belə olub։ "Xalqa və baş nazirə. Başqa variant yoxdur”. Onun sözlərinə görə, çevriliş təhlükəsi “idarəolunandır”: "Düşünürəm ki, bu, emosional bir reaksiyadır. Qardaşlarımıza qarşı sərt davranmamalıyıq."