24 fevral 2021 12:38
969

Ermənistanda etirazçılar universitet binasına basqın etdi VİDEO

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər universitet binasına basqın ediblər.

“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlar Yerevan Dövlət Universitetinin binasına daxil olublar.

Məlumata görə, aksiya iştirakçıları tələbələri etirazlara qoşulmağa çağırırlar.

Etirazçıların digər qismi isə Ermənistan Dövlət İqtisad Universitetinə daxil olmağa çalışsa da, polis onların qarşısını kəsib.