ABŞ-ın Kolorado ştatında 231 sərnişin və 10 heyət üzvü olan “United Airlines” şirkətinə məxsus “Boeing 777-200” tipli sərnişin təyyarəsinin sağ mühərriki Denver Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir müddət sonra alovlanıb.
“İki sahil” xəbər verir ki, təyyarənin mühərrik hissələri Broomfield ərazisindəki evlərin bağçasına düşüb.
Pilotlar təyyarəni təhlükəsiz şəkildə hava limanına endirməyi bacarıblar. Hava limanındakı insanlar pilotları alqışlarla qarşılayıblar.
“United Airlines”in açıqlamasına görə, sərnişinlər xəsarət almayıb.