Türkiyə “MPT-76MH” markalı silah istehsal edib.
“İki sahil” xəbər verir ki, bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyi “Tvitter”də paylaşım edib.
Paylaşımda qeyd edilir: Milli Müdafiə Nazirliyinin tabeliyində olan Makina və Kimya Sənayesi İdarəsi tərəfindən yüngülləşdirilən və 100 faiz yerli istehsal olan “MPT-76MH” silahı mehmetçikləri terrorla mübarizədə daha da gücləndirəcək”
Paylaşımda, həmçinin “MPT-76MH”nin istehsalı və sınaq çəkilişləri, eləcə də Mehmetçikin silahı istifadə etdiyi anların videosu yer alıb.