“Amerikanın yeni rəhbərliyi ilə əməkdaşlığımızı daha da gücləndirmək istəyirik”.
“İki sahil” xəbər verir ki, bunu “İki sahil” AA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Türk Amerikan Milli Yönləndirmə Komitəsinin (TASC) televiziya kanalı “TASC TV”nin fasiləsiz yayım fəaliyyətinə başlaması ilə əlaqədar təşkil olunan xüsusi proqrama göndərdiyi videomesajda deyib. O bildirib ki, uzunmüddətli perspektivlə, Amerikanın yeni rəhbərliyi ilə əməkdaşlıqlarını qazanclı şəkildə daha da gücləndirmək istəyirlər.
“TASC TV”nin uğurlu olmasını diləyən Ərdoğan, Türk-Amerikan cəmiyyətinin təmsilçilik gücünü əhəmiyyətli dərəcədə artıran “TASC” televiziyasının çox qısa müddətdə böyük rəğbət qazandığını və türklərin tələbi ilə 24 saat fasiləsiz yayımlandığını bildirib.
"TASC TV” vətənlərindən uzaq yaşayan, amma ürəkləri Türkiyə üçün döyünən siz qardaşlarıma faydalı xidmətlər edəcəyinə inanıram." Türkiyə prezidenti layihəni həyata keçirən TASC İdarə Heyətini və “TASC TV”nin əməkdaşlarını təbrik edib.