İngiltərənin sahillərində, İrlandiya dənizində yerləşən Men Adasında vikinqlərə aid qızıl və gümüş xəzinələri tapılıb. Bu haqda məlumatı MNH dövlət qurumu yayıb.
Qeyd edək ki, həmin xəzinə Kat Giles tərəfindən 2020-ci ilin sonunda aşkar olunmuşdur. O, metal detoktoru vasitəsilə aşkar etdiyi xəzinəni dövlət qurumlarına təfil vermişdir. Həmin təşkilatın mütəxəssisləri tapılan əşyaların tarixçəsini dəqiqliyi araşdırdıqdan sonra yalnız 2021-ci ilin fevral ayında tapılan həmin əşyalara xəzinə statusu verdilər. MNH dövlət qurumunun nümayəndəsinin söylədiyinə görə, həmin xəzinə bir qızıl bilərzik,böyük bir gümüş broş, gümüş qolbaq və digər qədim əşyalardan ibarətdir. Qədim xəzinə təxminən 950-ci ilə aiddir.
MNH-nin arxeologiya şöbəsinin kuratoru Allison Foxun sözlərinə görə, əsl nadir tapıntı qızıl bilərzik olub, çünki vikinqlər qızıldan çox gümüş əşyalara üstünlük veriblər. Lakin qeyd etmək lazımdır ki, qızıl qədim skandinaviyalılarda gümüşdən 10 qat daha baha idi və bir qızıl qolbaq o dövrlərdə təxminən 900 gümüş sikkəyə bərabər olub.
"Bunun nadir bir tapıntı olduğunu dərhal bildim. Eyni zamanda çox gözəl qədim əşyalar tapdığım üçündə çox həyəcanlanırdım!"Xəzinələri tapan Kat Giles belə deyib.
Samirə Tağıyeva, "İki sahil"