Ekvadorda jurnalist canlı yayım zamanı qarət olunub.
"İki sahil" xəbər verir ki, Quayas şəhərində jurnalist futbol matçı ərəfəsində reportaj edərkən silahlı şəxs onlara yaxınlaşıb və mobil telefonlarını tələb edib.
Müxbirin və operatorun telefonlarını alan şəxs motosikletlə hadisə yerindən uzaqlaşıb.
Polis qarətçinin axtarışlarını davam etdirir.