BBC-nin yaydığı məlumata görə, Texasdakı qar fırtınası və soyuq hava səbəbindən milyonlarla insan nəinki işıqsız qaldı, hətta bu anomal şaxtalar 21 nəfərin ölümünə səbəb oldu.
Aşağı temperatur bir çox evlərdə boruların partlamasına səbəb olub.
Qeyd edək ki, Texas Ətraf Mühit üzrə Komissiyanın rəhbəri Toby Baker 260 mindən çox insanın su problemindən təsirləndiyini söylədi.Onun sözlərinə görə, 30 il ərzində artıq hələ belə anomal şaxta müşahidə olunmamışdı. Qeyd etmək lazımdır ki, hal-hazırda Texasda hava -18 dərəcə Selsiyə çatır.
Samirə Tağıyeva, "İki sahil"