İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin quraşdırdığı yeni qaz sayğaclarıyla bağlı istehlakçılarda yaranan narazılığa aydınlıq gətirib.
“İki sahil” xəbər verir ki, ARB telekanalında yayımlanan reportajda Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli bildirib ki, yoxlamalar aparılıb və hər hansı sayğacda normadan kənarlaşma qeydə alınmayıb: “Tabeliyimizdə olan qurum var, Azərbaycan Metrologiya İnstitutu. Metrologiya İnstitutu bütün ölçmə vasitələrinin yoxlaması ilə məşğuldu və “Azəriqaz”ın sayğacları quraşdırılmazdan qabaq onların hamısı bu stendlərdə testlərdən keçib və o testlər düzgün olduqda onlar quraşdırılır. Ona görə bu sahədə biz də yoxlama aparmışıq”.
İKTA ilin birinci rübü üzrə poçt rabitəsi xidmətinin şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
Azərbaycan beynəlxalq turizm liderlərinin iştirak etdiyi PATA sammitində təmsil olunub