Ermənistanın eks- prezidentinin təxribatları iqtidarda olduğu müddətdə törətdiyi cinayətlərini gizlətmək naminə məkrli gedişlərdir
Kənddə, şəhərdə, məhəllədə, qohum- əqraba arasında pis niyyətli, insani keyfiyyətlərdən uzaq, başqalarına əziyyət verən adam haqqında danışanda «Bir dananın naxırı korlaması» məsəli yada düşür.
Bu məsəli ermənilərə şamil etsək, onda belə təsəvvür yaranır ki, əsli, kökü bilinməyən ermənilər bütünlüklə çıxdaş olunmalı naxır, başının üstündən dəyənək əskik olmayan rəzillik sürüsüdür.
Erməni yazıçısı Akop Melik Akopyanın qeyd etdiyi kimi, kilsə qaynaqlarından başqa ədəbiyyatı, tarixi olmayan xalqını illərdən bəri yalan təbliğatları ilə aldadan daşnakların törətdikləri qətliamlar, terrorlar, işğalçılıq, zülmkarlıq, cinayətkarlığı milli xarakter kimi yaşatmaq, məslək kimi sadiq qalmaq, qonşuların ərazilərinə, maddi-mənəvi sərvətlərinə yiyələnmək, yalan və böhtanlarla istədiklərinə nail olmaq erməniliyin mahiyyətini tamamlayır. «Ermənilik nədir» sualının tək və izahsız cavabı budur: «Ermənilik insanlığa qarşı xəyanət, cinayətdir.» Tarixən xarici havadarlarından, kilsələrdən topladıqları vəsaitləri çirkin niyyətləri naminə sərf edən ermənilərin əsas məqsədləri insanları qətlə yetirmək, başqalarının ərazilərinə sahib çıxmaq olub. Daşnakların ümumi çağırışı isə belədir: «Günahkar, cani ol. Amma ermənilərin saxta iddialarını dəstəkləmək üçün maliyyə dəstəyi göstər.»
Bu cür mənfur niyyətlərini etiraf edən daşnakların ideoloqu Zori Balayan yazır: « 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni erməni yurdu olmayacaqdı.» Daşnakların belə mənfur niyyətlərindən, davamlı olaraq törətdikləri terrorlardan ən çox əziyyət çəkən türk və Azərbaycan xalqlarıdır. Ermənistanın sabiq prezidentləri Robert Koçaryanla Serj Sarkisyanın da iştirak etdikləri ASALA kimi digər erməni terror təşkilatlarının törətdikləri terrorlar daha dəhşətli olmuşdur.
Vətən müharibəsində Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyanın «yaratdıqları» oyuncaq ordunun tamamilə məhv edilməsini, fərarilərin və ölənlərin sayının artmasını, Nuh əyyamından qalma hərbi texnikalarının , silah-sursatlarının dağıdılmasını, Azərbaycan əsgərləri tərəfindən girov götürülməsini, ən nəhayət təslimçilik aktına qol çəkilməsini həzm edə bilməyən erməni quldurları yenə də sərsəmləyirlər.
Xocalı soyqırımının törədilməsində iştirakını dəfələrlə etiraf edən Ermənistanın eks-prezidenti Serj Sarkisyan «Armnews»” telekanalına verdiyi müsahibəsində 44 gün davam edən müharibədə «İsgəndər»” raketlərindən müharibənin ilk günlərindən istifadə edilməməsini xələfi baş nazir Nikol Paşinyana bağışlamır. Bu insan cəlladı «İsgəndər»lərdən müharibənin dördüncü-beşinci günü, Azərbaycan Horadizdə və digər bölgələrdə böyük canlı qüvvə toplayanda” istifadə etməməyi qaçırılmış fürsət adlandırır. Qana həris Serj Azərbaycanın təşəbbüsləri ilə reallaşan neft və qaz infrastrukturunun uzunmənzilli silahlarla sıradan çıxarılmamasından da «təəssüflənir.»
Müttəfiqlərindən aldıqları bu təhlükəli silahdan istifadə etməklə daha çox azərbaycanlının ölümünü istəyən Sarkisyan kimi Ermənistanın faşist təxəyyüllü cəladlları məğlubiyyətləri ilə barışmaq istəmirlər.
Bütün niyyətlərindən qan iyi gələn ermənilərin gorbagor babaları- qulağı kəsik Andronikə, faşist cəlladı Njdeyə sədaqətlərini əks etdirən, milli xarakterləri kimi nəsildən-nəslə keçən təxribat xarakterli çağırışları səngimək bilmir.
Ötən əsrdə azərbaycanlılara qarşı bir neçə dəfə soyqırımı törədən ermənilər xalqımıza məxsus humanizmdən, qonaqpərvərlikdən istifadə edərək torpaqlarımızı zəbt ediblər. Vaxtilə qonşu dövlətlərdən çıxarılan , Azərbaycana yerləşdirilən, qonaq kimi xoş münasibət göstərilən, süfrələrimizin başında əyləşdirdiyimiz daşnakların xalqımızın xeyirxahlığına cavabı 1905-1907-ci, 1918-ci illərdə törətdikləri soyqırımlar oldu. Dağlıq Qarabağ münaqişəsini başlayan, ilk mərhələ kimi Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı zorla doğma torpaqlarından çıxaran, etnik təmizləmə siyasətlərini başa çatdıran, havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri Xocalıda da davam etdirən erməni cəlladları törətdikləri tükürpədici qətliamlarla indiyədək dünyada baş verən soyqırımlarını arxada qoydular. Xocalı soyqırımında günahsız insanları görünməmiş qəddarlıqla öldürən, yandıran, əməlindən peşman olmadığını etiraf edən Sarkisyan qan qoxusu duyulan çağırışları ilə yenə də erməniləri təxribata sürükləyir. Torpaqlarımızı işğaldan azad edən Müzəffər Ordumuzun qələbəsini özünün formalaşdırdığı ordunun birdəfəlik məhvi kimi qəbul etməyən Sarkisyanın yeni müharibə ilə bağlı çağırışlarını ermənilər də qəbul etmirlər. Ermənistana rəhbərlik etdiyi illərdə korrupsiyanı «çiçəkləndirən» Sarkisyan bu cür təxribatları ilə günahlarını ört-basdır etməyə çalışsa da, onun törətdiyi cinayətlərin açılmasını tələb edən ermənilər aksiyalarını davam etdirirlər.
Amma həqiqət budur ki, erməni faşizmini məhv edən Azərbaycan Ordusunun rəşadəti, qüdrəti qarşısında sarkisyanların təxribatları qaniçənlərə xas xəyalpərvərlikdir.
«Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın”» söyləyən Prezident İlham Əliyevin dəmir yumruğu sarkisyanların başı üzərindədir.
Xuraman İsmayılqızı, «İki sahil»