12 yanvar 2021 10:33
901

Kamçatkaya meteorit düşüb - VİDEO

Rusiyada Kamçatka yarımadasının üzərində meteorit partlayıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat verib.

Qeyd olunub ki, meteorit Kamçatkanın qərb sahili üzərində yanvarın 11-də səhər saatlarında müşahidə olunub.

Səma cismi atmosfer qatında 55 saniyə hərəkət etdikdən sonra partlayıb.