Türkiyədə Avropanın enerji təhlükəsizliyi müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında yazıb.
"Belçikanın xarici işlər naziri Maksim Prevo və onun nümayəndə heyəti ilə görüşdük, Avropanın enerji təchizatının təhlükəsizliyini, enerji keçidi prosesindəki qlobal axsamalar səbəbindən yaranan yeni ehtiyacları, həmçinin Türkiyə və Belçika arasındakı potensial əməkdaşlıq sahələrini müzakirə etdik", - o qeyd edib.
A. Bayraktarın sözlərinə görə, görüşdə bərpa olunan mənbələrdən təbii qaza, nüvə enerjisinə və yerli karbohidrogen istehsalına qədər bütün sektorları əhatə edən çoxölçülü bir yanaşma ortaya qoyulub:
"Təchizat təhlükəsizliyini gücləndirən, texnologiyalara istiqamətlənmiş və uzunmüddətli dəyər yaradan tərəfdaşlıqlara açıq yanaşma ilə, enerji sektorunda beynəlxalq əməkdaşlığı daha qabaqcıl əsasda inkişaf etdirməyə çalışırıq.
Qarşıdan gələn dövrdə iki ölkə arasındakı qarşılıqlı dialoqun daha konkret əməkdaşlıq sahələri ilə dərinləşdirilməsinə böyük əhəmiyyət veririk".
Belçika Başbakan Yardımcısı ve Dışişleri Bakanı Sayın Maxime Prevot ve beraberindeki heyet ile Bakanlığımızda bir araya geldik.
— Alparslan Bayraktar (@aBayraktar1) May 13, 2026
Görüşmemizde, Avrupa’nın enerji arz güvenliğine, küresel kırılmaların enerji dönüşüm sürecinde ortaya çıkardığı yeni ihtiyaçlara ve Türkiye ile… pic.twitter.com/w1WVKXRNvG