31 dekabr 2020 14:34
696

AzTV Naxçıvanda çəkilən nadir kadrları yayımlayacaq

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Azərbaycan Televiziyası tamaşaçılara yeni sənədli film təqdim edəcək.

Azvision.az xəbər verir ki, filmdə dünya azərbaycanlılarının həmrəyliyi fəlsəfəsinin 44 günlük müharibə dövründə, Azərbaycan xalqının zəfərində böyük yer aldığı faktlarla təsdiq edilir.

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sənədli filmdə müasir nəslin simvolik nümayəndəsi olan baş qəhrəmanın baxışı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma tarixi sənədli ekskursiya şəklində təqdim olunur.