21 noyabr 2020 13:47
560

Maska taxılmasını istədiyi üçün öldürüldü - VİDEO

Rusiyanın Leninqrad vilayətində maska taxmaq barədə mübahisə qorxunc nəticələrə gətirib. Belə ki, sərnişinlərdən maska taxmasını istəyən kişi kürəyindən bıçaqlanaraq öldürülüb.

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, 53 yaşlı kişinin ölümü ilə əlaqədar 40 yaşlı Orenburq sakini saxlanılıb. Onun bundan əvvəl də mühakimə olunduğu bildirilib.