21 noyabr 2020 13:07
1325

İki ay əvvəl oğurlanan uşaq zirzəmidə tapıldı - FOTO/VİDEO

Rusiyanın Vladimir vilayətində itkin düşən yeddi yaşlı  Saveli Roqovçev iki aydan sonra sağ-salamat tapılıb.

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, o, məktəbdən qayıdarkən avtobusdan düşüb, ancaq evinə çatmayıb.

Savelinin axtarışına polislər, hərbçilər və könüllülər qoşulub. Ancaq nəticə verməyib.

Uşaq evinin 20 kilometrliyində tapılıb. Kömək gözlənilməz yerdən - Interpoldan gəlib. Onlar DİN-ə “darknet”də olan məlumatı ötürüblər. Orada deyilirdi ki, bir kişi evində bir uşağı zorla saxlayır. Sonradan bu məlumatlar öz təsdiqini tapdı.

Uşaq oğurluğu ilə əlaqədar 26 yaşlı Dmitri Kopılov saxlanılıb. Uşaq onun evinin zirzəmisindən çıxarılıb.

Saveli artıq valideynlərinə təhvil verilib.