19 noyabr 2020 14:28
779

İrəvanda qarşıdurma: Etirazçıların üstündən maşınla keçdilər - VİDEO

Ermənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyası keçirilir.

Azvision.az xəbər verir ki, etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Əraziyə cəlb olunan polis əməkdaşları aksiyanı dağıtmaq üçün vətəndaşlara zor tətbiq edib. Nəticədə polislə etirazçılar arasında qarşıdurma yaşanıb.

Bundan başqa, naməlum sürücü idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu bağlayan nümayişçilərin üzərindən keçib. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

Hazırda etirazlar davam edir.