18 noyabr 2020 10:22
1245

Erməni vandalizmi İspaniya qəzetlərində -  VİDEO

İspaniyanın “LA VANGUARDIA” və “EL MUNDO” qəzetlərinin elektron versiyalarında yerləşdirilmiş videolarda Azərbaycan Respublikasının işğal altında olan Kəlbəcər rayonunun erməni vandalizminin daha bir nümunəsinə şahidlik etdiyi qeyd olunur.

"İki sahil" Azvision.az-a istinadən xəbər verir ki, Kəlbəcər rayonunda qanunsuz olaraq məskunlaşmış erməni əhalisi rayonu vandalizm aktları törədərək boşaldırlar. Videolarda əhalinin özləri ilə apara bilmədiyi əşyaları, yaşayış evlərini, məktəbləri yandırması öz təsdiqini bir daha tapır.