12 noyabr 2020 18:05
878

Artıq beynəlxalq aləm görür ki, ölkəmiz müharibənin deyil, sülhün tərəfdarıdır

«Qa­nun­la­rı­mı­zın ali­li­yi  döv­lə­ti­miz, elə­cə də  hər bir və­tən­da­şı­mız tə­rə­fin­dən  qo­ru­nur. Qa­nun­la­ra hör­mət, döv­lə­tə sə­da­qət, Və­tə­nə mə­həb­bət hər bir azər­bay­can­lı­nın  hə­yat ama­lı­na çev­ri­lir. Prezident İl­ham Əli­ye­vin  öl­kə­miz­də apar­dı­ğı  uğur­lu is­la­hat­lar   xal­qın so­si­al ri­fah ha­lı­nın  yax­şı­la­ş­ma­sı­na  xid­mət et­mək­lə  qa­nun­la­rı­mı­zın  ali­li­yi­nə söy­kə­nir. Bu gün bütün Azərbaycan Qələbəmizi və ədalətin bərpasını qeyd edir. 30 ilə yaxın davam edən həsrətdən sonra Azərbaycanın hər bir vətəndaşı özünü qalib ölkənin məğrur vətəndaşı kimi hiss edir. Biz  hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim qələbəmiz ilə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən bir neçə il ərzində işğal olunmuş və   30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik. Bütün Azərbaycan xalqını, dünyanın hər bir nöqtəsində yaşayan soydaşlarımızı böyük, tarixi Qarabağ qələbəsi münasibətilə təbrik edirəm. Bu, həqiqətən də Azərbaycan xalqının, xalq-hakimiyyət birliyinin məntiqi və gerçək nəticəsi, həmçinin Ali Baş Komandan, xalqının sərkərdəsinə çevrilmiş cənab İlham Əliyev qətiyyətinin reallığıdır və biz bu həqiqətləri gözlərimizlə, canlı-canlı yaşamağımızdan hədsiz qürur duyuram”.»

Bu fikirləri İkisahil.TV-yə müsahibəsində «Səs» Media qrupunun rəhbəri Bəhruz Quliyev bildirib.

Bəhruz Quliyev qeyd edib ki, sülh razılaşması cəbhədə növbəti qanların axıdılmasının qarşısını aldı. Artıq dünya da Azərbaycan dövlətinin sülhpərvər ölkə olduğunu anladı. Ermənistan Qarabağ cəbhəsində hətta humanitar atəşkəs rejiminə heç bir əməl etməyərək, bu vasitə ilə sübut etdi ki, onların məqsədləri heç bir insanlıq çərçivəsinə sığmır. Ancaq Azərbaycan Ordusu öz gücü, qüdrəti sayəsində isbat etdi ki, o düşməni sülhə məcbur edə bilir və etdi də. Artıq beynəlxalq aləm görürdü ki, ölkəmiz müharibənin deyil, sühün tərəfdarıdır və hər zaman belə olub. Lakin indi bu həqiqət özünü kifayət qədər təsdiq etdi”. Sülh yolu ilə həll kontekstində Ermənistan rəhbərliyinə öz ordusunun Qarabağdan tam çıxarılmasını ölkə ictimaiyyətinə çatdırmaq üçün qısa bir vaxt verilir. Bu qısa vaxtda ermənilərin nəyisə dəyişdirməyə nə gücləri, nə də vaxtları çatmaz. Əgər əldə olunan razlaşmaya əməl etməsələr, cənab Prezidentin dediyi kimi, daha güzəşt olmayacaq, güc yolu ilə çıxarılacaqlar. Rusiyanın problemin həllində mövqeyi dəqiq bəllidir, açıq şəkildə Qarabağın Azərbaycana məxsusluğu və öz ərazisini azad etmək hüququnun olması bütün səviyyələrdə rəsmi bəyan edilib. Bütün digər böyük dövlətlər də Azərbaycanın haqlı mövqeyinə etiraz etmir. Yalnız Fransa beynəlxalq hüquqa zidd bəyanatlar verib ki, bunun da nə danışıqlarda, nə də cəbhədə heç bir təsiri ola bilməz. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür. Ən əsası bütün dünya Azərbaycan xalqının əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir.

B.Quliyev vurğuladı ki, ölkəmizin iqtisadi və maliyyə imkanlarının genişlənməsi bütün sahələrdə, əsasən ordu quruculuğu istiqamətində mühüm addımların atılmasını şərtləndirir. Eyni zamanda, dövlət büdcəsindən ayırmalarda müdafiə xərcləri əsas yer tutur. Bu da təbiidir. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacib amillərdəndir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev vaxtilə  bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olması vacibdir. Azərbaycanın  ordu quruculuğu istiqamətində atdığı addımlar,   müdafiə xərclərinin artırılması hər zaman işğalçı Ermənistanı narahat edir. Ermənistan hakimiyyəti bunu hər zaman  beynəlxalq ictimaiyyətə Azərbaycanın sülh danışıqlarında maraqlı olmaması kimi təqdim etməyə çalışıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev ən yüksək tribunalardan bəyan etmişdir ki, Azərbaycanın müdafiə qabiliyyətini gücləndirməsi onun suveren hüququdur, bunun sülh danışıqlarından imtina etməyə heç bir aidiyyəti yoxdur. Eyni zamanda, Azərbaycan artan maliyyə imkanlarını  müdafiə ilə yanaşı, digər istiqamətlərə də yönəldir.

B.Quliyev diqqətə çatdırıb ki, Silahlı Qüvvələrimiz Cənubi Qafqazın ən güclü ordusu sırasında yer almaqla yanaşı, dünya orduları sırasında 50-ci yerdə qərarlaşıb. Onun sözlərinə görə, Prezident İlham Əliyev iyunun 26-da keçirilən hərbi paraddakı çıxışında bu və digər əhəmiyyətli nüanslara toxunaraq vurğulayıb ki, ordumuz müasir maddi-texniki təchizat baxımından dünyanın ən nadir ölkələrindən biridir və Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti yüksək səviyyədədir, hərbi sənayemiz ən müasir qaydalara uyğun olaraq inkişaf edir. Bu gün işğalçı Ermənistan artıq bu gerçəkliyi anlayır ki, vaxtilə onların tapdağı altında olan ərazilərimizdə müqəddəs üçrəngli bayrağımız dalğalanmaqdadır. Dövlətimizin başçısı da bu məsələni önə çəkərək vurğuladı ki, bu gün hərbçilərimiz ermənilərin ərazimizdə qazdıqları səngərlərdə xidmət göstərirlər. Şanlı ordumuz bunu əməli şəkildə bütün dünyaya sübut etdi. Etnik təmizləmə nəticəsində tarixi torpaqlarından zorla çıxarılmış vətəndaşlarımızın geri qayıtmalarını təmin etmək üçün kifayət qədər imkanlarımız var: «Azərbaycan dövlətinin bu məqsədləri həyata keçirmək üçün iqtisadi, siyasi, eləcə də hərbi gücü yetərincədir. Eyni zamanda, bu məsələdə Azərbaycan xalqının yekdil iradəsi var. Bu gün siyasi baxışlarından, tutduğu vəzifədən, mövqeyindən asılı olmayaraq hamının bir fikri var - bölgədə sülh, əmin-amanlıq bərqərar olunmalı, separatizmə son qoyulmalıdır. Ali Baş Komandanın atacağı addımdan asılı olaraq hər bir vətəndaşımız üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır. Bu qələbə Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazın sülh və firavanlığı üçün də etibarlı zəmin yaradır. Ümummilli lider Heydər Əliyev  vaxtilə bildirmişdi ki, mənim başa çatdıra bilmədiyim işləri İlham Əliyev sona çatdıracaq. Müdrikcəsinə deyilmiş bu fikirlər həyata keçir. Hesab edirəm ki, bu şanlı qələbədən sonra Azərbaycan tarixinin yeni mərhələsi başlayacaq, Azərbaycan xalqı dünyada özünün  dəyanəti, əyilməzliyi və ordusunun gücü ilə də tanınacaq».

Cəbhədə aldıqları öldürücü məğlubiyyət işğalçı dövləti qalan torpaqlarımızı sülh yolu ilə boşaltmağa məcbur etdi. Yenicə qurulmaqda olan danışıqlar masası arxasında biz cəbhədə qazandığımız möhtəşəm qələbəyə bərabər müvəffəqiyyət əldə edəcəyik. Bu, şübhəsizdir. Çünki bizi bu müharibədə tək buraxmayan Türkiyə kimi qardaşımız var və danışıqlar masasında o da bizimlə yanaşı oturur. İllər öncə mümkün olması təsəvvür edilməyən məqsədlər Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti və bacarığı sayəsində artıq reallaşıb. Türkiyə öz gücü, qüvvəsi, əzmkarlığı ilə bizim yanımızdadır. Bizi bundan sonra daha böyük nailiyyətlər gözləyir. 30 ildən sonra əldə etdiyimiz bu qələbə belə deməyə əsas verir. Tərəflər arasında imzalanmış bəyanatdakı bəndlərin hamısı Azərbaycanın mənafeyinə uyğundur.  İkinci Qarabağ  müharibəsinin xalqımızın qələbəsi ilə nəticələnməsi nəinki Azərbaycanın, bütün Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanğıcı deməkdir.

Göründüyü kimi, bu uğur, nailiyyət regionun yenidən çiçəklənməsinə böyük stimul verəcək. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycana maksimum sərf edən sənəd imzalanıb. Bu nəticənin qazanılmasında başda Müzəffər Ali Baş Komandan olmaqla, bütün ordumuzun və hərbi əməliyyatlar dövründə birlik, həmrəylik nümayiş etdirən xalqımızın hər bir nümayəndəsinin rolu var. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həqiqətən biz hamımız xoşbəxt və şanslı insanlarıq. Vəzifəsindən, sosial statusundan, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bu günləri yaşayan hər kəs özünü xoşbəxt saya bilər. Biz xoşbəxtik ki, bu tarixi hadisələrin şahidi olduq.

Şəmsiyyə Əliqızı,
Könül Əliyeva,
«İki sahil»