09 noyabr 2020 11:46
715

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik - VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət bayrağı günü münasibətilə təbrik edib.

"İki sahil"in məlumatına görə, təbrik Nazirliyin "Twitter" səhifəsində yer alıb.

Təbrikdə deyilir: "Qəhrəman Azərbaycan türkü qardaşlarımız! Bayraq gününüz mübarək olsun! Biz sizinlə qürur duyuruq və Ermənistan üzərindəki qələbənizi bir daha təbrik edirik. İnanırıq ki, şanlı ay-ulduzumuz yaxın zamanda Qarabağda da dalğalanacaq. Biz bir millət, iki dövlətik".