07 noyabr 2020 17:12
1205

Ərdoğan: Azərbaycan zəfərə yaxınlaşır - VİDEO

Azərbaycan tez bir zamanda zəfərə yaxınlaşmaqdadır.

"İki sahil" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, 30 ildir öz torpaqlarından ayrı qalan Azərbaycan xalqı bu torpaqlarını bir-bir azad edir.

"Azərbaycandan xoş xəbərlər aldıqca çox qürurlanırıq, sevinirik" - deyə, Ərdoğan vurğulayıb.