ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills səmtində türklərə məxsus “İstanbul” adlı restorana hücum olunub.
"İki sahil" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, erməni radikalları məkana daxil olaraq bütün əşyaları sındırıb, sahibkara ciddi ziyan vurublar.
Həmin an restoranın təhlükəsizlik kamerasında əks olunub. Görüntüləri Azərbaycanın Los-Ancelesdeki Konsulluğu yayıb.