02 noyabr 2020 17:56
871

Moskvada qaz balonları anbarında partlayış olub - VİDEO

Moskvanın cənubunda qaz balonları anbarında güclü partlayış baş verib.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində anbarın binasında yanğın olub.

Yanğın daha sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Anbarın binası çöküb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir, səbəblərlə bağlı araşdırma aparılır.