12 oktyabr 2020 15:21
944

Estonlar öz qapılarına “kuryoz” qol vurdular - VİDEO

Millətlər Liqasında Estoniya millisi Makedoniya komandasına qarşı oyunu heç-heçə bitirib. Belə ki, Tallində keçirilən matç 3:3 hesabı ilə başa çatıb.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, bu qarşılaşmada ilk qol üçüncü dəqiqədə vurulub: ev sahiblərinin qapıçısı Karl Eyn topu uğursuz idarə edərkən öz qapısına yönəldib. Qapıçı yerində olmadığı üçün top qapı xəttini keçib.

Bu heç-heçə estonların ilk xalı qazanmalarına imkan verdi. Makedonlar isə beş xalla öz kvartetlərində liderlik edirlər.