“Arsenal” klubunun baş məşqçisi Arsen Venqer Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona”ya məğlubiyyətini şərh edib. ANS PRESS-in məlumatına görə, baş məşqçi komandasının 1/4 final mərhələsinə vəsiqə qazanmaq şansının qalmadığını deyib.
"Barselona”ya əks hücuma keçmək imkanı vermək olmaz.
“Oyuna nəzarəti ələ almağa başlayırdıq ki, “Barselona” bizə qol vurdu. Biz bilirdik ki, “Barselona”ya əks hücuma keçmək imkanı vermək olmaz. Bu da bizdə alınırdı, onlara imkan vermirdik. Komandam hörmətə layiq mübarizə apardı. Kimisə günahlandırmaq ən asan yoldu. Belə rəqiblə görüşdə yüksək səviyyədə olduğunuzu düşünsəniz, “Barselona” sizi öldürər. Bu komandanın ruhunu qırmaq çox çətindi. Axı onlar dünyanın və Avropanın ən güclü klubudur".
Arsen Venqer İspaniyada keçiriləcək cavab oyununda 1/4 final mərhələsinə vəsiqə qazanmaq şansının qalmadığını düşünür. Onun sözlərinə görə, “Barsa” artıq 95 faiz növbəti mərhələdədir. Lakin fransalı mütəxəssis qeyd edib ki, “Nou Koump”da “Arsenal” hələ gücünü göstərəcək.
Ötən gecə Çempionlar Liqasında 1/8 final mərhələsində "Arsenal" "Barselona"ya 2:0 hesabı ilə məğlub olub. Katalonların argentinalı super ulduzu Lionel Messi qarşılaşmanın taleyini təkbaşına həll edib. Neymarın məhsuldar ötürməsindən sonra Messi karyerası ərzində ilk dəfə Petr Çexə qol vurub.