12 sentyabr 2020 22:32
2767

"Sədərək" Ticarət Mərkəzində dezinfeksiya işləri aparılıb- FOTO/VİDEO

Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində bu gün Bakıda yerləşən "Sədərək" Ticarət Mərkəzində genişmiqyaslı dezinfeksiya işləri həyata keçirilib.

"Sədərək" Ticarət Mərkəzindən “İki sahil”ə bildirilib ki, ticarət mərkəzinin bütün giriş məntəqələri, ərazidə olan bütün obyektlər dezinfeksiya edilib. Mərkəzin ərazisinə yalnız onlayn ticarətlə məşğul olanların daxil olmasına icazə verilir. Ticarət mərkəzinin giriş məntəqəsində həmin şəxslər yoxlanılır, onların temperaturu  ölçülür.