Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və xanımı Stella Çunqonq mayın 4-də Zəfər parkını ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, Baş katib və xanımı Zəfər abidəsinin önünə gül dəstəsi qoyublar.
Sonra qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Südabə Qazıyeva: Şəhidin adını hara gəldi yazmaq, şəklini yapışdırmaq onun əziz xatirəsinə layiq deyil
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də