BP-nin Azərbaycanda satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarə edəcək şirkət məlum olub. Bu, 2018-ci ildə "SOCAR AQŞ" və Böyük Britaniya şirkətinin birgə müəssisəsi olaraq təsis edilən "Turan Qazma və Mühəndislik" şirkətidir. İki şirkət arasında əməkdaşlığı nəzərdə tutan saziş, "Turan Qazma və Mühəndislik" birgə müəssisəsinin SAP xidmət sistemini, quyuların satınalma fəaliyyətini, BP Qlobal Quyular Təşkilatının Azərbaycanda anbar və anbar fəaliyyətini idarəetməni nəzərdə tutur. Şirkət bu fəaliyyət üçün əlavə olaraq 71 nəfəri işə götürüb, onlardan 69-u Azərbaycan vətəndaşıdır.