31 avqust 2020 20:18
1346

Terim puşk haqqında: Can qardaşlarımızı tapdıq

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü canlı izləyib.

Qolaz xəbər verir ki, "Neftçi"yə rəqib olan İstanbul klubunun çalışdırıcısının püşkün nəticəsinə reaksiyası belə olub: “Neftçi” ilə rəqib olduq? Yaxşıdır. Heç olmasa həmyerlilərimizi, can qardaşlarımızı tapdıq”.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena”da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.