28 avqust 2020 16:24
1175

Metroda maska ​​davası! - VİDEO

Cənubi Koreya metrosunda maska ​​davası olub.

“İki sahil” xəbər verir ki, metroya maskasız minən şəxs sərnişinlər tərəfindən etirazla qarşılanıb. Xəbərdarlıqlardan qəzəblənən maskasız sərnişin çəkələyini çıxararaq sərnişinlərə hücum edib.

Şrnişinlərdən biri hadisəni mobil telefonu ilə videoya çəkib.

Maskasız sərnişinin son stansiyada polis tərəfindən saxlanıldığı və maska ​​taxmadığına görə cərimə olunduğu bildirilir.