UEFA Avropa Liqasının birinci seçmə mərhələsi çərçivəsində “Neftçi” (Bakı) - "Şkupi" (Şimali Makedoniya) oyunu başa çatıb.
“İki sahil” xəbər verir ki, "Bakcell Arena"da keçirilən matçda "Neftçi"nin start heyətində Aqil Məmmədov, Mamadu Mbodj, Anton Krivotsyuk, Cabir Əmirli, Namiq Ələsgərov, Emin Mahmudov, Yusuf Laval, Stiven Jozef - Monroz, Sabir Buqrin, Mamadu Kane və Tallison Dias yer alıblar.
"Şkupi"nin ilk onbirliyində isə meydana Kristian Naumoski, Darko Qlişiç, Lamin Diyak, Besar Iseni, İlirid Ademi, Besart Krivanev, Umar Qudabi, Dembo Darbo, Sabit Bilali, Filip Qliqorov və Lima Da Silva Neto çıxıblar.
Görüşü Latviyadan olan hakimlər briqadası idarə edib. Matçın baş hakimi Aleksandr Qolubevdir. Ona yan xətt hakimləri Raimonds Tatriks və Jevgenijs Morozovs kömək edirlər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirib.
Matçın qalibi ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.
"Bakcell Arena"da keçirilən matçın 66-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Sabir Buqrin rəqib qapısına yol tapıb -1:0. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissənin sonuna yaxın – 89-cu dəqiqədə Anton Krivotsyuk hesab arasındakı fərqi artırıb – 2:0.
Əlavə olunmuş vaxtda – 90+3-cü dəqiqədə Darboe, 90+3 rəqibin təsəlli qoluna imza atıb – 2:1.
Qeyd edək ki, “Şkupi”nin futbolçusu Omar Qudiabi matçın 70-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
27 avqust
Avropa Liqası
1-ci təsnifat mərhələsi
20:00. “Neftçi” (Azərbaycan) – “Şkupi” (Şimali Makedoniya) - 2:1
Qol: Buqrin, 66 (1:0), Anton Krivotsyuk, 89 (2:0), Darboe, 90+3 (2:1)
Qırmızı vərəqə: Omar Qudiabi, 70 ("Şkupi")
Hakimlər: Aleksandrs Qolubevs, Raymonds Tatriks, Yevgeniys Morozovs, Artis Kenins (hamısı Latviya)
Bakı. “Bakcell Arena”