27 avqust 2020 14:31
1101

Rus və ABŞ hərbi maşınları toqquşdu: 4 ABŞ hərbçisi yaralandı - VİDEO

Suriyanın Hasakah şəhərində patrulda olan ABŞ və Rusiya hərbçiləri üz-üzə gəlib. “İki sahil” xəbər verir ki, Rusiya hərbi maşınının ABŞ-ın zirehli avtomobili ilə toqquşması nəticəsində 4 ABŞ hərbçisi yaralanıb.

Bildirilir ki, ABŞ əsgərləri bölgədə keşik çəkmək istəyən Rusiya əsgərlərinin qarşısını kəsib. ABŞ əsgərləri geri addım atmayıb. Bundan sonra Rusiyanın hərbi helikopteri ABŞ əsgərlərinin üzərindən aşağıdan uçub.

Rusiyaya məxsus hərbi maşının ABŞ-ın zirehli avtomobilini qəsdən vurduğu da bildirilir. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) rəsmisi, zərbə nəticəsində 4 ABŞ əsgərinin yüngül yaralandığını deyib.