27 avqust 2020 10:14
1075

"Qarabağ" ÇL-də növbəti mərhələyə yüksəldi - VİDEO

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları keçirilib.

“İki sahil” Qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" da bu gün meydana çıxıb. Qurban Qurbanovun komandası Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda  Moldova "Şerif"ini qəbul edib. 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib. "Şerif" isə Avropa Liqasının 3-cü raundunda mübarizə aparacaq.

Xatırladaq ki, "Qarabağ" 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileksi"nə 4:0 hesabı ilə qalib gəlib.

Əlavə edək ki,  Ağdam təmsilçisinin 3-cü təsnifat mərhələsindəki rəqibi avqustun 31-dəki püşkatma mərasimində müəyyənləşəcək. Lakin komandamızın potensial rəqibləri məlum olub.

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)

“Yanq Boyz” (İsveçrə)

“Srvena Zvezda” (Serbiya)

“Qarabağ” (Azərbaycan)

“Makkabi” (Tel-Əviv, İsrail)

 

Səpələnməmişlər

“Molde” (Norveç)

“Midtüllann” (Danimarka)

“Ferensvaroş” (Macarıstan)

“Omoniya” (Kipr)

“Dinamo” (Brest, Belarus)

 

26 avqust

UEFA Çempionlar Liqası

2-ci təsnifat mərhələsi

20:00. "Qarabağ" (Azərbaycan) – "Şerif" (Moldova) - 2:1

Qollar:Uroş Matiç, 22-pen (1:0), Mahir Emreli, 63 (2:0), Kastanyeda, 78 (2:1)

Qırmızı vərəqə: Anatole Abanq, 37- birbaşa qırmızı vərəqə ("Şerif")

Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu