26 avqust 2020 17:12
1634

Kiçik uşaqdan böyük sözlər - VİDEO

Türkiyənin Çorum vilayətində birlikdə yaşadığı kişi tərəfindən bıçaqlanan qadın ağır yaralanıb. Anasının bıçaqlandığı yerdə gözyaşı tökən 9 yaşlı oğlunun dedikləri hər kəsi duyğulandırıb.

“İki sahil” Milli.Az-a istinadən xəbər verir ki, anasının bıçaqlandığını öyrənən 9 yaşlı uşaq "Hara getdin, ana? Məni niyə tək qoydun? Məndən kiçik qardaş tövsiyəsi, siz siz olun qadınları qoruyun, ana olan qadınları qoruyun. Anama sarıla bilmədim" ifadələrini işlədib.

Bədənin bir neçə nahiyəsindən bıçaqlanan qadın dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb, əməliyyat olunduğu deyilir. Asma-bronxit xəstəsi olduğu uşaq isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Şübhəlinin axtarışı davam edir.